Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.
“İki sahil” xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.
Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur