23 sentyabr 2022 07:57
474

Ceyhun Bayramov Venesuela xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ceyhun Bayramov öz tviterdə yazıb.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivlərini, çərçivəsində əməkdaşlığı müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər diqqət mərkəzində olub.