“Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva “Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir şərhiniz varmı?” sualına cavabında deyib.
“Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur”, - o qeyd edib.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur