Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.
C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı məlumat verib.
P.Siyarto Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur