Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov rəsmi tviter hesabında yazıb.
"Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etdik. Sloveniyalı həmkarıma Ermənistanın regionda sülh və normallaşma səylərinə xələl gətirən son genişmiqyaslı təxribatları barədə məlumat verdim", - deyə nazir qeyd edib.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur