2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanunla bir sıra qanunlarda əlillik dərəcələri ilə bağlı dəyişikliklər edilib.
Nazirlər Kabinetindən "İki sahil"ə verilən məlumata görə, həmin dəyişikliklərə əsasən “I, II, III dərəcə əlillik” sözləri müvafiq olaraq “orqanizmin funksiyalarının müvafiq olaraq 31-60, 61-80, 81-100 faiz pozulmasına görə əlillik” sözləri ilə əvəz edilib. Həmçinin “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.
Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilərək uyğunlaşdırma aparılması zərurəti yaranıb.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur