24 sentyabr 2022 16:31
513

Azərbaycan QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışır

G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışır.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında deyib.

Azərbaycanlı nazir bu xüsusda Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.