Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun yaralanması ilə bağlı çağırış edib.
"İki sahil" xəbər verir ki, Ombudsman bildirib ki, bu fakt bir daha göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarına xələl gətirir və insanların həyatına qəsd etməkdə davam edir:
"Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq".
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur