27 sentyabr 2022 10:55
324

Yaponiyanın sabiq baş naziri Sindzo Abenin dəfn mərasimi keçirilib

Yaponiyada sabiq baş nazir, sui-qəsd nəticəsində qətlə yetirilmiş Sindzo Abenin dəfn mərasimi başlayıb.

“İki sahil” xəbər verir ki, bu, Yaponiyada 1967-ci ildən bəri keçirilmiş dövlət səviyyəsində ilk dəfn mərasimi olub.

Mərasimdə 700-ə yaxın xarici nümayəndə, o cümlədən ABŞ vitse-prezidenti, Hindistanın, Avstraliyanın və digər ölkələrin baş nazirləri, Avropa İttifaqı Şurasının prezidenti iştirak edir.

Xatırladaq ki, Sindzo Abe iyulun 8-də seçkiqabağı mitinq zamanı odlu silahdan açılan atəşlə qətlə yetirilmişdi.