27 sentyabr 2022 23:42
435

Saçları yaş halda yatmağın fəsadlarıdan xəbəriniz varmı?

Böyüklər, nənələrimiz həmişə başı yaş halda yatmamağı məsləhət görürlər. Kiçik dəlil və ya izahatla, çox güman ki, bu xəbərdarlığa məhəl qoymamısınız, lakin özünüzü təhlükəyə atdığınızı bilirsinizmi?

Çoxumuz bu vəziyyətlə qarşılaşmışıq.  Çox vaxt məişət qayğıları ilə gün ərzində başımızı yumağa vaxt tapmayıb, bu işi gecəyə saxlayırıq. Saçınızı yumusunuz, amma ya səs-küy salmaq istəmədiyinizə görə, ya da sadəcə enerjiniz olmadığına görə fendən imtina edirsiniz. Mən yuxuda ikən quruyar, deyib yatağa uzanırsınız. Lakin gizli təhlükələri bilib, belə etməsəniz daha faydalıdır.

Ciddi saç qırılmasına səbəb ola bilər

Yaş saçlar daha zəifdir, ona görə də yaş saçla yatarkən qırılma miqdarını artıracağınızı eşitmək təəccüblü deyil. Siz o tərəf bu tərəfə fırladığınız zaman sürtünmə nəticəsində nəm saç daha asan qırılacaq.

Soyuqlaya bilərsiniz

Əgər siz kondisionerli otaqda yatırsınızsa və ya qış aylarıdırsa, yaş saçla yatarkən soyuqlaya bilərsiniz.

Saçınızı düzgün şəkildə qurudaraq yatağa girib, bu üşütmələrdən qurtulun.

Saçlarınızı düzəltməyə daha çox vaxt sərf edəcəksiniz

Səhər oyanarkən nəm saçlarınızın necə əyri-üyrü halda olduğunu görəcəksiniz. Siz yatdığınız zaman nəm saçlarınız hər cür  istiqamətdə bükülür və o halda da quruyur. Saçınızı hamarlaşdırmaq üçün daha artıq vaxt sərf etməli, müxtəlif spreylərdən istifadə etməli olacaqsınız.

 

İmmunitet sistemi zəifləyir

Nəm saçla yataraq mütləq xəstələnəcəksiniz, fikri doğru deyil, ancaq nəm saçla yatmaq immunitet sisteminizi zəiflədə bilər ki, bu da soyuqdəymə və ya qrip virusuna yoluxma ehtimalınızı artırır.

Bakteriyaların böyüməsi

Yastıqlarınız çirkli bir “sir” saxlaya bilər. Hamımızın bilirik ki, su və istiliyin birləşməsi bakteriyaların sürətli böyüməsinə şərait yaradır. Yaş saçla yatsanız, yastığınızda bakteriyaların nə qədər artacağını düşünün! Başınızdan gələn istilik rütubətli yastığı zərərli bakteriya və kif üçün mükəmməl yetişdirmə zəmininə çevirəcək.

Yataq üzlərini tez-tez dəyişdirməyin sizə kömək edəcəyini düşünə bilərsiniz, ancaq saçınızdakı rütubət yastığa nüfuz edəcəkdir. Həqiqətən hər gecə başınızı bir bakteriya “cənnətinə” qoymaq istəyirsiniz?

Kəpəyə səbəb olur

Kəpəyin səbəbi təkcə şampunlar deyil. Başınızın istiliyi və saçınızın uzun müddət nəmliyi baş dərinizdə və yastığınızda bakteriya və göbələklərin çoxalmasına səbəb olur. Nəm saçla yatmaq saçınızdakı təbii yağları da yox edir, çünki onlar artıq nəmlə birlikdə yastıq tərəfindən asanlıqla sorulur.

Bakteriyaların böyüməsi və təbii yağların itirilməsinin birləşməsi baş dərinizdə kəpəklənmə ehtimalını artıra bilər.

Saçların parlaqlığı itir

Saçınızdan su yastıq parçasına hopduqda təbii yağlar da alınır. Bu yağlar olmadan saçlarınız çox solğun və susuz görünəcək.

Öz yağı olmayan, quru saçların qırılma ehtimalı daha yüksəkdir.

Saç tökülməsinə səbəb olur

İnanmayacaqsınız, amma yaş saçla yatmaq saç tökülməsinə və daha dəqiq desək, baş dərisində keçəlləşməyə səbəb ola bilər. Baş dərisində isti və rütubətli şəraitdən çoxalan ringvorm adlı bir göbələk infeksiyası növü yarana bilər. Bu, çox yoluxucudur, buna görə baş dərinizə toxunan hər şeyin təmiz olduğuna diqqət yetirin.

Sızanaq problemi yaranar

Nəm saçla yatarkən yaranan bakteriya və göbələklər üz dərinizə də təsirsiz ötüşmür. Tez-tez saçları qurutmadan yatağa girirsinizsə, sızanaqlarla qarşılaşmağa hazır olun!

Nə etməli?

Siz hələ də zərərin qarşısını ala bilərsiniz.

Axşam saatlarında saçınızı yatmazdan xeyli əvvəl yuyun. Bu, yastığınızı nəmləndirmədən havada qurumasına imkan verəcək.

• İpək yastıq üzü seçin - bu, sürtünməni azaldacaq və qırılmanın qarşısını alacaq.

• Saçınızı köynəklə qurudun - bu, adi dəsmal və ya fenlə qurutma ilə müqayisədə daha az zərər verir.

• Saçınızı gücləndirmək üçün kondisioner tətbiq edin.

• Əgər uzun saçlarınız varsa, heç vaxt yaş saçla yatmayın - onlar dolaşıq olacaq və tutqunlaşacaq.

• Əgər yaş saçla yatırsınızsa, yastığınıza suyadavamlı yastıq örtüyü keçirin və hər iki gündən bir yastıq örtüklərini dəyişdirin.

Nubar Süleymanova, “İki sahil”