"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır. Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun Vətən müharibəsinin ikinci ildönümündə keçirilməsi mühüm hadisədir".
"İki sahil" xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərb meydanında yenidən qazandı:
"Vətən müharibəsi dünyadakı bütün savaşların ədalətlə başa çatmasını göstərən unikal nümunədir".
Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb:
"Bu, forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır".
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir