“Müharibə dövründə Pakistan açıq şəkildə göstərib ki, o, Azərbaycanın, ədalətin və beynəlxalq hüququn tərəfindədir”.
“İki sahil” xəbər verir ki, bunu Pakistanın Strateji Araşdırmalar İnstitutunun direktoru Xalid Mahmud Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
O, BMT qətnamələri ilə Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyini xatırladıb: “Ən vacib məsələ ölkələrin ərazi bütövlüyüdür. Buna görə də işğal faktı qəbuledilməzdir. Odur ki, müharibə dövründə Pakistan Azərbaycanın tərəfində olduğunu açıq şəkildə göstərib”.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir