Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
“İki sahil” xəbər verir ki, Şəhidlər xiyabanında yerləşən Birinci və İkinci Qarabağ müharibələrində canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə tər çicəklər düzülüb.
Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğunu bildiriblər.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir