29 sentyabr 2022 12:43
374

Tomaş Vatslik "Qarabağ"la oyunları buraxacaq

"Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la hər iki oyununu buraxacaq.

"İki sahil" sport24.gr saytına istinadən xəbər verir ki, Çexiya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığmanın heyətində Millətlər Liqasının son turunda İsveçrə ilə oyunda çiynindən zədə alıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.