29 sentyabr 2022 15:32
306

Dərbənddə çağırışçılar hərbi komissarlığa səsgücləndiricili avtomobillərlə çağırılır - VİDEO

Dərbənddə səfərbərliyə çağırılanları təcili hərbi komissarlığa çağırmaq üçün küçələrə səsgücləndiricili avtomobil çıxarılıb.

“İki sahil” xəbər verir ki, yayılan videokadrlardan görünür ki, səsgücləndiricilərlə təchiz olunmuş avtomobil bütün kişilərin təcili hərbi komissarlığa gəlməsi tələbini səsləndirib.

Dərbənd şəhərinin administrasiyası səsgücləndiricidən elan olunan mətnin düzgün olmadığını etiraf edib və buna görə də yayımın hələlik ləğv edildiyini bildirib.

“Bəli, bildiriş hərbi komissarlığın müraciəti əsasında mülki müdafiə və qəza nəzarəti maşınları vasitəsilə verilir. Bu, əlbəttə ki, bütün kişilərin səfərbər olması demək deyil. Yerdə çağırış vərəqələri verilməli olan kişiləri tapmaq çətin olduğu üçün bu, kişilər üçün hərbi komissarlığa dəvətdir. Biz başa düşürük ki, ifadə tamamilə düzgün olmaya bilər, ona görə də indi bu bildirişi ləğv etmişik və mətni dəyişdirməyi planlaşdırırıq"-deyə Dərbənd Administrasiyasından bildirilib.