29 sentyabr 2022 17:45
430

İşğalçı dövlətin törətdiyi dağıntıları görəndə çox kədərləndim - Pakistanlı diplomat

Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa işlərindən heyranlıq duyuram.

“İki sahil” xəbər verir ki, bunu pakistanlı diplomat, Pakistan Strateji Araşdırmalar İnstitutunun sədri Xalid Mahmud Şuşada Azərbaycan beyin mərkəzləri I Forumu çərçivəsində deyib.

"Mən işğalçı qüvvələrin törətdiyi dağıntıları görəndə çox kədərlənmişdim. Mülki əhalinin həyatının məhv edilməsi, infrastrukturun dağıdılması ilə yanaşı, həm də ziyarətgah yerləri, məscidlər təhqir olunmuşdu. Bütün torpaq minalarla örtülüdür, bu da bərpa prosesini çətinləşdirir", - deyə o bildirib.

O əlavə edib ki, eyni zamanda, Azərbaycan hökumət və xalqının bərpa prosesində göstərdiyi səyləri görmək sevindiricidir.

"Ağıllı" kəndlər və şəhərlər, Füzuli hava limanı kimi təşəbbüslər heyranedicidir. Azərbaycan hökumətinin və xalqının səyləri heyranlıq doğurur", - pakistanlı diplomat deyib.