30 sentyabr 2022 01:15
276

Ermənilər Rusiyadan siçovul kimi qaçırlar

Bu cür alçaldıcı ifadəni işlədənin özü də ermənidir

Böyük rus şairi Aleksandr Puşkin tərəfindən ən alçaldıcı şəkildə səciyyələndirilən ermənilərin rəzil sifətləri özünü əyani surətdə bu gün də qabarıq göstərir. Özü də bu sifəti açıb göstərənin erməni olması "rəsm"in qiymətini dəfələrlə artırır.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə görə "qismən səfərbərlik" elan etməsindən sonra bu ölkədə yaşayan ermənilər kütləvi surətdə Ermənistana qaçmağa başladılar. İllərdir rusun çörəyini yedilər, Ermənistan müharibə şəraitində olanda “Bizim vətən Rusiyadır!” deyib ora getmirdilər, indi isə siçovul kimi İrəvana qaçırlar..."

 Bu fikirlər sosial şəbəkələrdə Stavropol diyarından olan ictimai fəal, erməni əsilli Rusiya vətəndaşı Asmik Xaçaturyana məxsusdur. Asmik öz soydaşlarının qorxaq və ləyaqətsiz hərəkətləri barədə utanc hissi ilə bunları da qeyd etməyi lazım bilib. “Bir neçə həftə üçün Moskva-İrəvan təyyarə reysinə bütün biletlər alındı. Siz necə də alçaq və qorxaqsınız... Mən ölkənin hüquq-mühafizə orqanlarını İrəvana qaçmış erməniləri Rusiya vətəndaşlığından məhrum etməyə çağırıram. Azərbaycanla 44 gün davam edən müharibə zamanı Rusiyada yaşayan ermənilər Ermənistana getmədilər. Bəli, o zaman onlar Rusiya vətəndaşları idi. Onların vətəni bura idi. İndi isə Putin səfərbərlik elan edəndə siz hamınız birdən üzüdönük erməni oldunuz... Mən sizə görə utanıram. Erməni olmağımdan utanıram. Siçovul kimi qaçdınız”, - deyə Xacaturyan yazıb.

 Asmik xanım,  nahaq bu qədər əsəbilik keçirirsən. Qorxaqlıq, satqınlıq, xəyanət, etibarsızlıq və digər mənfi xarakterlərə malik olan siz ermənilərdən bundan artığını gözləmək lazım deyil. Əgər Ermənistanda Azərbaycanla münasibətlər sülh yolu ilə tənzimlənməsə oradan harasa qaçacaqlar? Qaçacaq yerləri isə çoxdur. Pərpətöyün toxumu kimi dünyanın hər yerinə səpələniblər.

Bax, buna görədir ki, yarandıqları gündən dünyanın barbar köçəri tayfalarından biri olan ermənilərin heç vaxt dövləti olmayıb. Çünki ermənilər bir yerə "kül töküb oturmayıblar", günləri harada xoş keçibsə orada da keçiriblər. Ona görə də konkret əraziyə və dövlət qurmaq qabiliyyətinə malik olmayıblar və bundan sonra da olmayacaqlar. Hətta göründüyü kimi, havadarlarının onlar üçün qurduqları dövləti belə idarə etməyi, əllərində saxlamağı bacarmırlar. Ermənistan rəhbərləri və elitası xülyalara qapılaraq özlərindən qat-qat güclü qonşu ölkələrə "buynuz atır", gülünc və qorxulu ərazi iddiaları irəli sürürlər. Nə qədər qudurublarsa onlara dövlət qurmuş Rusiyanın bəzi bölgələrini də “böyük Ermənistan” ərazisi sayaraq o yerlərdə terrorçu ermənilərin heykəllərini qoyur, kilsələr tikir,  çirkin məqsədli tədbirlər keçirirlər. Nasistlərin köpəyi olan başkəsən general Qaregin Njdenin heykəli isə yerlilərin kəskin etirazı ilə sökülməli oldu. Buna baxmayaraq,  Armavirdə, Krasnodarda və bəzi digər yerlərdə xeyli “erməniləşdirmə” işləri aparılmış və həmin vilayətlər “ata-baba yurdları” elan olunmuşdur.  Ancaq “iş” bərkə düşən kimi, ermənilər o vilayətləri tərk edirlər. Çünki kiminsə torpağı üçün ölmək istəmirlər. Nahaq yerə dünyada erməniləri “çörəyi dizinin üstündə” olan xəyanətkar millət hesab etmirlər ki!

Hazırda Ermənistan adlı süni surətdə qondarılmış dövlət normal müstəqil siyasət yeridə bilmədiyi üçün bu ölkənin baş naziri və nazirləri dünya ölkələrinə qaçaraq dövlət başçılarının qapısında onlardan siyasi, hərbi, iqtisadi dəstək  istəyirlər, ianələr dilənirlər.  Ermənilər yalnız XIX əsrdə çar Rusiyasının hərtərəfli köməyi ilə bizim işğal olunmuş ərazilərimizdə "erməni vilayəti" yaratmağa nail olublar və o vaxtdan indiyədək Rusiyanın çətiri altında yaşayıblar. İndi Rusiyanı dar məqamda qoyub qaçırlar. Özü də adam kimi yox, dəryada batmaqda olan gəmidən qaçan siçovullar kimi...Bunu biz demirik. Bunu deyən  erməninin özüdür.

Vəli İlyasov, "İki sahil"