29 sentyabr 2022 18:34
481

UEFA Maksim Medvedevi təbrik etdi

UEFA Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun oyunçusu Maksim Medvedevlə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  beynəlxalq futbol təşkilatı doğum günü münasibətilə Medvedevi təbrik edib.

““One-klub man” (bütün peşəkar karyerasını yalnız bir klubda keçirmiş futbolçu). Kapitan. Lider. Doğum günün mübarək, Maksim Medvedev”, - deyə paylaşımda deyilir.

Qeyd edək ki, peşəkar futbolçunun bu gün 33 yaşı tamam olur.