29 sentyabr 2022 19:49
443

“Qarabağ”-“Neftçi” matçına biletlərin qiymətləri açıqlandı

Misli Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

“İki sahil”  klubun yaydığı məlumata istinadla xəbər verir ki, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından ala bilərsiniz.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Qeyd edək ki, J1, J2, K1, K2, L1, L2 sektorları “Neftçi” azarkeşləri üçün nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdıraq ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.