26 iyul 2026 00:57
85

Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı

"Real"ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun komandadan ayrılmasını istəmir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilib ki, London "Arsenal"ı braziliyalı hücumçu ilə maraqlansa da, Mourinyo rəhbərliyə Vinisiusun satılmasına qarşı olduğunu çatdırıb. Mourinyo 26 yaşlı futbolçunu komandanın əsas simalarından biri hesab edir və onun yeni mövsümdə də "Real"da qalmasını istəyir.

Mənbənin iddiasına görə, Vinisiusun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar hələ yekunlaşmayıb. Bu səbəbdən onun gələcəyi ətrafında müxtəlif transfer iddiaları səslənməkdə davam edir.

Vinisius ötən mövsüm bütün turnirlərdə 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.