29 sentyabr 2022 23:23
287

IV Dünya Köçəri Oyunları çərçivəsində “Şuşa sərgi”si açılıb

IV Dünya Köçəri Oyunları çərçivəsində Türkiyənin Bursa vilayətinin İznik şəhərində “Şuşa sərgi”si açılıb.

“İki sahil” xəbər verir ki,  sərgi Azərbaycanın Türkiyədəki səfirliyi tərəfində təşkil olunub.

Səfirlikdən verilən məlumata əsasən, sərgini Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, TDT Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər yüksək səviyyəli rəsmi şəxslər ziyarət edib.