Zaqatalada baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.
"Report"
***
Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü, daha üç nəfərin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
AZƏRTAC