“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir”.
“İki sahil” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Report”a müsahibəsində deyib.
“Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”, - səfir əlavə edib.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir