30 sentyabr 2022 18:42
458

Bolqarıstan Prezidenti: Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır

Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq”.

“İki sahil” xəbər verir ki,  bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

O deyib ki, Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır:

“Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik”.