03 oktyabr 2022 02:30
592

Aİ-nin nümayəndəsi: Azərbaycanlılara qarşı hərbi cinayətlər törədənlər məsuliyyətə cəlb edilməlidir

Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tviterdə yazıb.

“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və hər kəs etdiyi hərəkətə görə cavab verməlidir” – deyə Klaar vurğulayıb.