Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leu ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazir tviterdə yazıb.
O, dövlət katibini Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş barədə məlumatlandırıb.
“Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, deyə C.Bayramov bildirib.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB