03 oktyabr 2022 17:40
474

Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur

Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, - qeyd olunub.