04 oktyabr 2022 08:54
501

Səfir: Almaniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri ilə bağlı gözləntilər nikbindir

Almaniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri ilə bağlı gözləntilər nikbindir.

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birləşməsi Gününə həsr olunmuş tədbir zamanı deyib.

"Bu gün biz Almaniyanın birləşməsinin 32-ci ildönümünü qeyd edirik. Almaniyaya sülh yolu ilə birləşmək və Avropanın azad hissəsi olmaq nəsib olub. Almaniya və Azərbaycan da bu il əlamətdar tarixi - diplomatik münasibətlərin otuzuncu ildönümünü qeyd edirlər".

Səfirin sözlərinə görə, son 30 il ərzində iki ölkə arasında əlaqələr müxtəlif aspektlərdə - mədəniyyət və təhsildən tutmuş iqtisadiyyat və ticarətə qədər uğurla inkişaf edib.