"Mübaliğəsiz deyə bilərik ki, Suqovuşan işğal dönəmində düşmənin işğal zonası üzrə əsas şimal qalası olub. Bu mənada Vətən Müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən və qələbələrdən biri məhz Suqovuşanın düşmən tapdağından azad edilməsi olmuşdur".
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan əsgəri Suqovuşana bayrağımızı sancıb, döyüş zonasının ən mürəkkəb relyeflərindən birində düşməni məhv etməklə ilk növbədə Ermənistan ordusunun bu istiqamətdəki qüvvələrinin döyüş ruhunu tam qırdı.
"İkincisi isə cənubda ard-arda qələbələrin ardınca həm də şimaldan təşəbbüsün Azərbaycan hərbçilərinə keçməsi düşmən ordusunu vahiməyə saldı və Suqovuşan qələbəsi erməni ordusunun fərari ruhunu bir daha üzə çıxardı, işğalçı orduda mənfi hallar daha da gücləndi. Bu döyüşlərdə düşmənə ciddi ziyan vuruldu, xeyli sayda canlı qüvvə və hərbi texnika, o cümlədən hərbi sursat və silahlar məhv edildi, Azərbaycan ordusu xeyli qənimət ələ keçirdi. Eyni zamanda Suqovuşan su anbarı üzərində 30 ilə yaxın bir dövrdən sonra nəzarəti bərpa etməklə düşmənin enerji potensialına ciddi zərbə vuduq, bir neçə rayon, xüsusən də Tərtər və Goranboy istiqamətində suyun verilməsinin təmin edilməklə ekoloji tarazlıq təmin olundu. Bildiyiniz kimi, bu vaxta qədər Azərbaycan Suqovuşan su anbarı və digər hidrotexniki qurğuların imkanlarından qəsdən məhrum edilmiş, bu vasitələr ayrı-ayrı dövrlərdə mübarizə aləti kimi istifadə edilirdi və hətta AŞPA-nın Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsini pisləyən aktı da qəbul olunmuşdu. Bu mənada Suqovuşanın azad olunması yalnız hərbi yox, Ermənistan və havadarları üzərində həm də ciddi siyasi və ideoloji qələbə, eyni zamanda Beynəlxalq hüququn təntənəsi hesab olunmalıdır".
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB