04 oktyabr 2022 16:16
303

Sentyabrda Dövlət Komitəsinə 371 müraciət daxil olub

Sentyabr ayı ərzində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ümumilikdə 371 müraciət daxil olub.

Dövlət Komitəsindən “İki sahil”ə verilən xəbərə görə, onlardan 71-i məhkəmə qərarlarının icrası, 41-i məişət zorakılığı, 33-ü mənzil şəraitinin yaxşılaşdırılması, 22-si təhsil, 19-u müayinə və müalica ilə bağlı olub.