04 oktyabr 2022 16:22
281

Haaland uğurunun sirrini açıqladı

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland düşünür ki, yüksək səvviyəli oyun nümayiş etdirməsinin səbəbi düzgün qidalanmasıdır.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə 22 yaşlı hücumçu özü danışıb. O deyib: “Hər ev oyunundan əvvəl atamın bişirdiyi lazanyanı yeyirəm. Görünür, bu, öz bəhrəsini verir. Yəqin ki, atam lazanyaya bəzi xüsusi inqrediyent əlavə edir. Mən ona çətinliklə kömək edirəm. Mən əsasən divanda uzanıb atama baxıram. Hər şey belə baş verir”.

Qeyd edək ki, Haaland bu yay "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib. Norveçli forvard bu mövsüm komandası ilə keçirdiyi 5 ev oyununda 3 dəfə het-trik edib. O, ümumilikdə "şəhərlilər"in heyətində 17 qola imza atıb.