11 may 2025 19:19
159

ABL: Final seriyasında beşinci oyun keçirilib

Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun baş tutub.

“İki sahil” xəbər verir ki, "Sabah" "Neftçi"ni 107:89 hesabı ilə üstələyib.

Komanda bu nəticə ilə seriyada önə keçib - 3:2.

Qeyd edək ki, altıncı matç mayın 14-də təşkil olunacaq. Final seriyasında 4 qələbə əldə edən klub Azərbaycan Basketbol Liqasının qalibi olacaq.