04 oktyabr 2022 17:32
440

“Azov” komandirləri Türkiyədə ailələri ilə görüşüblər VİDEO

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Türkiyəyə səfəri çərçivəsində “Azov” polkunun Rusiya əsirliyindən azad olunan komandirləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumatı Zelenskaya öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak sözügedən komandirlərlə ailələrinin görüşünü təşkil edib.

Görüşdə Yelena Zelenskaya da iştirak edib və ölkə Prezidenti Volodimir Zelenskinin salamlarını “Azov” döyüşçülərinə çatdırıb.