05 oktyabr 2022 14:19
406

BMT: Azərbaycan hökuməti azad edilmiş ərazilərdə intensiv işlər görür

Azərbaycan hökuməti bu ərazilərə yaşayışı gətirməyə çalışır, bu istiqamətdə intensiv işlər görülür.

“İki sahil” xəbər verir ki, bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru deyib ki, iqlim dəyişikliyi, COVID-19 və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradır.

“Milli Şəhərsalma Forumu Azərbaycanın bu ərazilərdə gördüyü işləri öyrənmək, ölkənin texniki təcrübəsini öyrənmək baxımından vacibdir”, - o qeyd edib.