Britaniyanın "Chapman Taylor" şirkəti Cəbrayılın baş planının hazırlanmasında iştirak etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətinin direktoru Marselina Zielinska deyib.
O bildirib ki, memarlıq şirkəti Şuşanın baş planının hazırlanmasında iştirak edib, Azərbaycan hökumətinə təkliflər irəli sürüb.
“Bilirsiniz, Şuşa tamamilə dağılmışdı, indi burada restoranlar, otellər, mağazalar tikilib, rekonstruksiya işləri davam edir. Proses sürətlə gedir və biz yenidənqurmanın sürətli getməsindən təsirlənmişik. Sanki Azərbaycan xalqı bu prosesə səfərbər olub”.
Marselina Zielinska Cəbrayılın baş planını Şuşadan fərqli yöndə olacağını deyib.
“Cəbrayılla da maraqlanırıq, bu şəhərin baş planın hazırlanmasında iştirak etmək istəyirik. Şuşa mədəniyyət paytaxtıdır, Cəbrayıl isə daha çox əhali yönümlü olacaq. Təbii ki, burada da mağazalar, restoranlar olacaq. Cəbrayılın gözəl təbiəti var. Burda yaşıl şəhər yaratmağı nəzərdə tuturuq. Cəbrayılın yaxşı mənzərəsi var və təbiətə çox da müdaxilə olunmasını istəmirik”.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB