05 oktyabr 2022 17:18
442

Milli Şəhərsalma Forumunun iştirakçıları Ağdam Teatrının qalıqları ilə tanış olub - FOTO

Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, qonaqlara Ağdam Teatrının binası barədə məlumat verilib.

Bildirilib ki, şəhərin işğalı zamanı digər tikililərlə yanaşı, teatrın binası da vandalizm hücumuna məruz qalaraq dağıdılıb.