Azərbaycan işğal altındakı ərazilərini azad edəndən sonra regionda nəqliyyat yollarının inkişafı üçün şərait yaranıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar çıxışında bildirib.
"Bu gün biz regional kommunikasiya layihələrinin üzərində aktiv işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir", deyə Azərbaycan Baş naziri vurğulayıb.
Əli Əsədov sentyabr 21-də Azərbaycan-İran sərhədində iki ölkənin avtomobil yolları şəbəkəsinin Araz çayı vasitəsi ilə birləşdirdiyi körpünün əsasının qoyulduğunu xatırladıb. O qeyd edib ki, bu layihə Şimal Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin potensialının yüksəldilməsinə istiqamətlənib.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB