Rusiya üçün regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması vacib əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Azərbaycan Baş naziri Əli Əsədovla ikitərəfli görüşdə bildirib. O, ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına müvafiq olaraq Cənubi Qafqaz regionunda yeni infrastruktur marşrutlarının yaradılmasına vacib əhəmiyyət verdiyini söyləyib.
"Bu vacib təşəbbüslərin həyata keçirilməsi Cənubi Qafqazın dayanıqlı inkişafını təmin edəcək",-deyə Mişustin əlavə edib.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB