Moskvada Azərbaycan Baş naziri Əli Əsədovla İranın vitse-prezidenti Məhəmməd Mohber arasında ikitərəfli görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanla İran arasında münasibətlər müzakirə olunub.
M. Mohber görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında sazişlər, əldə olunan razılaşmalar həyata keçirilir. İran vitse-prezidenti bildirib ki, Prezident İbrahim Rəisi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək və ölkə ərazisindən keçəcək yolun çəkilişini tezləşdirmək barədə göstəriş verib.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB