“Onilliklər boyu məcburi köçkünlükdən sonra davamlı həll yolu kimi “Böyük Qayıdış” proqramını həyata keçirərkən Azərbaycan hökumətinin qarşısına qoyduğu vəzifələrdən biri nəinki tikinti, yenidənqurma və minalardan təmizləmə kimi böyük və mürəkkəb işlər, eyni zamanda gənc nəsil üçün cəlbedici şəhər yaratmaq olacaq”.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Qaçqınlarla iş üzrə Komissarlığının Azərbaycan Nümayəndəliyinin rəhbəri Quido Ambrosso “Milli Şəhərsalma Forumunda” keçirilən panel müzakirələrində deyib.
“Mən bilirəm ki, cəlbedici şəhər yaratmaq Ağdam planının məqsədlərindən biridir. Dünən təəssüf ki, Ağdam şəhərinə səfərdə iştirak edə bilmədim, amma əvvəllər bir neçə dəfə Ağdamı ziyarət etmişəm. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti "Böyük Qayıdış"ın uğurlu və davamlı olması üçün vacib elementi düzgün müəyyən edib.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB