20 oktyabr 2022 11:52
346

Azərbaycanda internet televiziya şirkətinin səhmdarları dəyişdirilir

Müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet televiziya şirkəti “Beeonline” ASC-nin səhmdarları dəyişdiriləcək.

“İki sahil” xəbər verir ki, bununla əlaqədar noyabrın 18-də şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaq ASC-nin hüquqi ünvanı - Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanında baş tutacaq.