“Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və rəsmən Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiq oldu”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
“Bu həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli faktordur. Bu sülh və sabitlik faktorudur. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”, - dövlət başçısı vurğulayıb.
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir