Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin ləğvi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
“İki sahil” xəbər verir ki, dəyişiklik layihəsi “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişə təklif edilib.
İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi də müzakirəyə olunub.
Hər iki sənəd müzakirələrdən sonra qəbul edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir