Zəngilanda istifadəyə verilmiş hava limanı təkcə Azərbaycana deyil, bütün regiona əlavə dəyər qatacaq.
"İki sahil"in Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Zəngilan beynəlxalq hava limanının açılışını qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Çox önəmli mövqedə yerləşən Zəngilanda tikintisi başa çatmış hava limanı təkcə Azərbaycan üçün deyil, bütün region üçün əlavə dəyər təşkil edəcək. Bölgənin dünya ilə əlaqəsinin təmin olunması, kommunikasiya xətlərinin gücləndirilməsi strateji addımlardır". - Türkiyə Prezidenti deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir