21 oktyabr 2022 14:00
317

Ərdoğan: Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir

Avropa hazırda Rusiyadan istədiyi anda, istədiyi kimi təbii qaz əldə edə bilmir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, Avropanın hazırda Türkiyədən gözləntisi ölkəmizdə Avropaya nəql ediləcək qazın mərkəzinin yaradılacağı təqdirdə tələbləri qarşılanıb-qarşılanmaması ilə bağlıdır.

“Azərbaycan Prezidenti İlham Əliyev də TANAP vasitəsi ilə qaz ehtiyacının təmin olunması məsələsində müsbət fikirdədir. Bütün bunları dəyərləndirib ondan sonra addım atacağıq”, - o vurğulayıb.