Əminəm ki, xeyriyyə yarmarkası nəticəsində biz əlilliyi olan uşaqların qayğısına daha yaxşı qala biləcəyik. Bugünkü tədbir müxtəlif ölkələrinin biznes sahəsində əməkdaşlığını canlandırır. Beynəlxalq Xeyriyyə Yarmarkası üç vacib məsələyə - Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyinə və BMT gününə həsr olunub
"İki sahil" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimdə xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir bildirib ki, 30 il əvvəl Azərbaycan BMT ailəsinin üzvü olub. Ötən onilliklərdə Azərbaycan BMT-nin məsuliyyətli üzvü olduğunu sübut edib. Azərbaycan BMT vasitəsilə sülh, təhlükəsizlik, inkişaf və insan hüquqları sahəsinə töhfəsini verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir