Nəhayət, 30 ildən sonra azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq vaxtıdır. Hazırda o ərazilərdə yenidənqurma və minaların təmizlənməsi prosesi gedir. Azərbaycan BMT-yə qoşulandan bəri təşkilatın əsasnaməsində qeyd olanan prinsiplərə nail olmaq üçün bütün layihələrdə uğurla iştirak edir. Bu da Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində öz təsdiqini tapdı.
"İki sahil" xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso söyləyib.
Guido Ambroso deyib: "Pandemiya dövründə Azərbaycan çoxtərəfli əməkdaşlıqlar həyata keçirdi ki, COVlD-19-a qarşı beynəlxalq səviyyədə mübarizə aparsın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-də xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə çıxış etdi və pandemiyaya qarşı beynəlxalq mübarizəyə maliyyə dəstəyi verdi. Həmçinin Azərbaycan ehtiyacı olan ölkələrə də humanitar yardım göstərdi. Zəngin tolerantlığı ilə fərqlənən Azərbaycan son illərdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi yüksək səviyyəli tədbirlərə ev sahibliyi edib".
O bildirib ki, Azərbaycan, həmçinin bir sıra ölkələrdən gələn qaçqınlara qapısını açıb. Biz çox şadıq ki, 30 il ərzində BMT - Azərbaycan əlaqələri əməkdaşlıq səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir