24 oktyabr 2022 14:37
462

Bir bəndlik şeirdən qorxuya düşənlər və ya İran, sənə nə olub? VİDEO

AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın, Rusiyanın, Fransanın apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə səbəb olub.

“İki sahil” xəbər verir ki, dövlət telekanalının rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda bu ölkələrin apardığı siyasət tənqid edilib.

Bundan başqa, İranla yanaşı Rusiyanın da son dövrlər apardığı siyasi kurs və Rusiyanın dövlət kanallarının Azərbaycanın suveren ərazisi olan Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi sərt qınanılıb.