24 oktyabr 2022 15:59
486

Qaribaşvili: Azərbaycan və Gürcüstanın birgə layihələri tarixi layihələrdir

Gürcüstan Azərbaycan üçün önəmli ölkədir. Eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır.

“İki sahil” xəbər verir ki,  bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında deyib.

"Bizim həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Orta Dəhliz tarixi layihələrdir: "Bu birgə layihələr bundan sonra da davam edəcək və daha da sürətləndiriləcək", - Baş nazir qeyd edib.