Yaddaş problemləri düşündüyünüzdən daha çox yayılıb: 45 yaşdan yuxarı doqquz yetkindən biri unutqanlıqdan əziyyət çəkir. Yaddaşın pozulması həyat keyfiyyətinizə təsir edə bilər və bəzi hallarda Alzheimer xəstəliyi kimi daha ciddi bir problemə çevrilə bilər. Yaddaşınız gün-gündən zəifləyirsə, çatışmayan vitaminlərin siyahısını və yaddaşı yaxşılaşdırmağın digər yollarını paylaşırıq:
2021-ci ildə aparılan bir sorğu göstərdi ki, 50 yaşdan yuxarı insanların 21%-i beyinlərini dəstəkləmək, xüsusən də yaddaşı yaxşılaşdırmaq üçün ən azı bir əlavə qəbul etməlidirlər.
Vitamin D
Nevroloqlar hesab edirlər ki, vitaminlər hormonların istehsalında, ilk növbədə beyinin hüceyrələri arasında əlaqədə böyük rol oynayırlar. Bu səbəbdən D vitamini çatışmazlığı yaddaş problemləri riskini artıra bilər. Onun çatışmazlığı olan insanların demensiya və Alzheimer xəstəliyinə tutulma ehtimalının əhəmiyyətli dərəcədə yüksək olduğu sübut edilmişdir. Beləliklə, bu əlavədən kifayət qədər qəbul etmək beyin xəstəlikləri riskini azalda bilər.
Əgər həblərin tərəfdarı deyilsinizsə, pəhrizinizə bu qidaları əlavə etməklə vitamin çatışmazlığını doldura bilərsiniz: balıq, xüsusilə yağlı növlər; süd məhsulları; qaraciyər, göbələk, yumurta, kərə yağı.
B 12 vitamini
B vitaminləri beyin sağlamlığı üçün vacibdir, çünki onlar beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasına imkan verən neyrokimyəvi maddələrin yaradılmasına kömək edir. Xüsusilə B12 vitamini yaddaş üçün vacibdir. Onun çatışmazlığı çaşqınlıq və ya zəif yaddaş, hətta ağır hallarda demensiya kimi təsirlərə səbəb ola bilər.
Əslində, 2020-ci ildə B12 vitamini çatışmazlığı və koqnitiv pozğunluğu olan xəstələrdə aparılan bir araşdırma, bu faydalı maddəni rasionuna əlavə edən iştirakçıların 84% -nin konsentrasiya və yaddaşda yaxşılaşmalar yaşadığını göstərdi.
B12 vitamini daha çox mal əti, toyuq qaraciyəri, quzu, dəniz məhsulları, süd məhsullarının tərkibində olur.
Vitamin E
Zamanla sərbəst radikalların (havada mövcud olan və hüceyrə zədələnməsinə səbəb olan oksidləşdirici stresə səbəb olan molekullar) zədələnməsi beyninizə təsir edə bilər və sonra idrakınızı aşağı sala bilər.
Lakin E vitamini kimi antioksidantların istehlakı bəzi sərbəst radikal zərərlərinə qarşı dura bilər və müəyyən zehni pozğunluqların qarşısını almağa kömək edə bilər.
Beləliklə, yüngül və orta dərəcəli Alzheimer xəstəliyi olan xəstələrin üzərində bir araşdırma göstərdi ki, nəzarət qrupu ilə müqayisədə, iki il ərzində gündə 2000 IU E vitamini qəbul edənlərdə xəstəliyin gedişatı 19% yavaşlayıb.
Tərkibində kifayət qədər E vitamini olan qidalar bunlardır:
Günəbaxan tumu; bitki yağları; mal əti, badam, qoz, fındıq.
Omeqa 3 yağ turşuları
Yağ turşuları, həmçinin beyin hüceyrələri arasında əlaqələri gücləndirməyə və neyrokimyəvi maddələrin yaranmasına kömək edə bilər. Omeqa-3 əlavələrinin, xüsusən də alfa lipoik turşusu (ALA) əlavələri ilə birlikdə 12 ay müddətində qəbul edilməsi Alzheimer xəstəliyi olan insanlarda koqnitiv geriləmənin qarşısını alır. Bununla belə, tədqiqatın nəticələrinə görə, omeqa-3 əlavələri yalnız koqnitiv pozğunluğun erkən mərhələlərində faydalı ola bilər. Aşağıdakı qidalarda omeqa-3 yağ turşularına rast gəlinir: yağlı balıq; qoz; kətan yağı; çia toxumları.
Bəs qida əlavələri olmadan yaddaşı necə yaxşılaşdırmaq olar?
Yaddaş və beyin sağlamlığı üçün tək vitaminlərə etibar etməyin. Həyat tərziniz özü də çox önəmlidir. Fiziki fəallığa, stresslə mübarizəyə, yuxu rejiminə diqqət yetirmək də olduqca vacibdir.
Koqnitiv funksiyalarınızı yaxşılaşdırmaq məqsədilə sırf vitamin qəbulu üsulunu seçmnisinizsə, mütləq kurs müalicələrə başlamazdan əvvəl həkimlə məsləhətləşin və preparatların əks təsirlərini araşdırın.
Nubar Süleymanova, “İki sahil”